“Totalitar rejim İran xalqını yordu və bədbəxt etdi” – İranın son şahının varisi Reza Pəhləvi, İranda baş verən prosesləri bu sözlərlə dəyərləndirdi.
Reuters agentliyinə verdiyi müsahibədə İran şahının son varisi qeyd etdi ki, islam inqilabı İrana əziyyətdən başqa birşey gətirmədi. O İran xalqına dəstək olduğunu bildirdi və ümid etdi ki, Qərb İranı yalnız buraxmayacaq.
“Xanım Niki Xeyliyi və prezident Trampı dinləyirdim və mənə ümid verildi ki, Qərb bizi yalnız buraxmayacaq. Mən də İranlıyam və öz xalqımın yanındayam. İllərdir, bu dəhşətli rejimin xalqımı və regionun ən böyük potensialına və resursuna sahib olan ölkəyi nə günə qoyduğunu uzaqdan izləyirəm” – dedi Reza Pəhləvi.
Onun dediyinə görə, İran xalqı teokrat rejimə artıq qəbullanmayacaq.
Müsahibə zamanı Reza Pəhləvi öz xalqına müraciət etdi:
“Mən fəxr edirəm ki, İranlıyam və inanıram ki, millətim bu qanlı sistemlə artıq barışmayacaq. Onlar bilirlər ki, sülh yolu ilə bu rejimin dəyişirilməsi mümkün olmayacaq. Ayatolla İranlı gənclərin gələcəyini əllərindən aldı və onlara bu gələcəyi qaytarmalıyıq” – dedi İran şahının varisi.
Əslən azərbaycanlı olan Farah Diba və Şah Mohammed Reza Pehlevinin böyük oğlu olan Reza Pəhləvi 1960-cı ildə doğulub. Onun ailəsi İran İslam İnqilabı dövründə, 1979-cu ilin yanvar ayında İranı tərk etdi. Onlara sığınacağı Misir iqtidarı verdi.
İran şahının son varisi 20 ildir Vaşinqtonda yaşayır, onun kiçik bacısı Farahnaz Pəhləvi isə, Nyu-Yorkda.
İran şahının qovulmuş ailəsindən sadəcə Reza və Farahnaz Pəhləvi sağdılar.
İran şahzadəsi Leyla Pəhləvi 2001-ci ilə, 31 yaşında Londonda həyatını itirdi.
Onun cəsədi mehmanxana otağında tapıldı, ancaq ölüm səbəbi bu günə qədər məlum deyil.
İran şahının ikinci oğlu Ali Reza Pəhləvi isə, həyatına suiqəst edərək, son qoydu. O Bostonda yaşayırdı.
Pəhləvi dinastiyası İranda 1925-1978-ci illərdə idarəçilik edirdi.