İran prezidenti - Trampla görüş ancaq sanksiyaların aradan qaldırılmasından sonra mümkün ola bilər
İran prezidentinin dediyinə görə, Amerika Birləşmiş Ştatları ilə münasibətlərin normalizasiyası üçün əsas şərt “qanunsuz və ədalətsiz” sanksiyaların ləğv olunmasıdır.
Hasan Ruhani bugün dövlət televiziyasının birbaşa yayımında bəyan etdi ki, onun və Donald Trampın görüşü ancaq Vaşinqtonun İrana qoyduğu sanksiyaların ləğv etdiyi təqdirdə baş tuta bilər.
“Əgər sanksiyalar ləğv olunsa, müsbət inkişaf haqqında danışa bilərik, əks halda, Trampla görüşümüz sadəcə fotosessiya olacaq” – dedi Ruhani.
Xatırladaq ki, avqustun 26-da, Biarritsdə keçirilən “Böyük Yeddiliyin” sammitində ABŞ prezidenti bəyan etdi ki, İran prezidenti ilə görüşməyə hazırdır.
İran və ABŞ arasındaki münasibətlər, ABŞ-ın İranla nüvə razılaşmasından çıxmasından və İrana iqtisadi sanksiyaların qoyulmasında sonra gərginləşdi.