İran ordusu – sionist İsrail rejiminin hücumunu dəf etmək üçün iki döyüşçümüz şəhid olub
İran ordusu İsrailin hücumu nəticəsində iki əsgərinin həlak olduğunu bildirir.
Bu barədə İran mətbuatı ordunun bəyanatına əsasən yazır.
“İran İslam Respublikası Ordusu İranın təhlükəsizliyi, xalqı və mənafeyini qoruyarkən cinayətkar sionist rejimin zərbələrini dəf etmək üçün iki döyüşçünü qurban verib”. – İran ordusunun bəyanatında deyilir.
Məlumat üçün bildirək ki, İsrail oktyabrın 26-da İranın hərbi obyektlərinə zərbələr endirib. Tehran İsrailin hücumunun “məhdud zərər” verdiyini bildirib.
Amerikanın “Axios” nəşrinin məlumatına görə, İsrail üçüncü ölkələrin köməyi ilə İranı İslam Respublikasına planlaşdırılan hücumla bağlı xəbərdar edib və İrandan cavab verməkdən çəkinməyi tələb edib. Əks halda, İsrail İranı daha güclü zərbə ilə hədələyib.