İran mediasının məlumatına əsasən, minlərlə regional müqavimət döyüşçüsü İsraillə müharibə olacağı təqdirdə "Hizbullah"a qoşulmağa hazır olduğunu bildirir
İran mediasının məlumatına əsasən, minlərlə regional müqavimət döyüşçüsü İsraillə müharibə olacağı təqdirdə "Hizbullah"a qoşulmağa hazır olduğunu bildirir

 

Minlərlə regional müqavimət döyüşçüsü İsraillə müharibə olacağı təqdirdə “Hizbullah”a qoşulmağa hazır olduğunu bildirir-bu haqda məlumatı İran mediası yayır.

Yayılmış məlumata əsasən, İraq qruplarının hərbi məsləhətçiləri artıq Livandadırlar və lazım gələrsə, Əfqanıstan, Pakistan və Yəmən qruplaşmaları da İsraillə müharibədə iştirak etmək üçün gedə bilərlər.

“Hizbullah”ın rəsmi şəxsləri dəfələrlə İsraillə müharibə istəmədiklərini, lakin bu baş verərsə, hazır olduqlarını bəyan ediblər.

Eyni zamanda, “Hizbullah”ın baş katibi Seyid Həsən Nəsrullah İran, İraq, Suriya, Yəmən və digər ölkələrdən olan müqavimət cəbhəsinin liderlərinin İsrailin Livana daxil olması halında “Hizbullah”a yardım üçün on minlərlə döyüşçü göndərməyi təklif etdiklərini bildirib. Nəsrullah, “Hizbullah”ın artıq 100 min əsgərinin olduğunu iddia edir.

Bu gün Avropa İttifaqının Xarici İşlər Xidmətinin rəhbəri Cozef Borrell, Yaxın Şərqin müharibənin genişlənməsi həddində olduğunu deyib.