İran mediası ölkə prezidentinin və xarici işlər nazirinin həlak olmasını təsdiqləyib
İran mediası ölkə prezidentinin və xarici işlər nazirinin həlak olmasını təsdiqləyib

 
İran mediası prezident İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın həlak olmasını təsdiqləyir. Məlumatı “CNN” yayır.

Mediada yayılmış məlumatda, helikopterdə olan şəxslərin hamısının həlak olduğu deyilir.

Bundan əvvəl İranın yüksək rütbəli rəsmiləri göyərtəsində 9 nəfərin olduğu helikopterin pis hava şəraiti səbəbindən problemlərlə üzləşdiyini açıqlamışdılar.

Axtarış-xilasetmə işləri gecə boyu davam edirdi.

Mediada yayılmış məlumata əsasən, Rəisi İran-Azərbaycan sərhəd bölgəsindən qayıdırmış və şimal-qərbdə yerləşən Təbriz şəhərinə gedirmiş. Bundan əvvəl İran və Azərbaycan prezidentləri bəndin açılış mərasimində iştirak ediblər.

Helikopterdə prezidentdən başqa, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian da daxil olmaqla 8 nəfər olub.