İran Xarici İşlər Nazirliyi – İsrailin İran ərazisinə zərbələr endirməsindən sonra Tehranın özünü müdafiə etmək hüququ və öhdəliyi var
İran Xarici İşlər Nazirliyi Tehranın özünümüdafiə hüququna malik olduğunu bildirir. İran mətbuatının məlumatına görə, ölkənin Xarici İşlər Nazirliyi İsrailin İran ərazisinə zərbələr endirməsindən sonra Tehranın özünü müdafiə etmək hüququ və öhdəliyinə malik olduğunu bildirib.
İran Xarici İşlər Nazirliyi rəsmi bəyanatında İsrailin hücumunu pisləyir və bunu beynəlxalq hüququn “açıq-aşkar pozulması” hesab edir.
Bəyanatda qeyd edildiyi kimi, BMT Nizamnaməsinə əsasən, “İran İslam Respublikası hesab edir ki, xarici ölkələrin təcavüzkar hərəkətlərinə qarşı özünü müdafiə etmək hüququ və öhdəliyi var”.
Məlumat üçün bildirək ki, oktyabrın 26-na keçən gecə İsrail İrandakı hərbi obyektlərə zərbələr endirib. Nəticədə iki əsgər həlak olub.