İran Xarici İşlər Naziri Gürcüstana səfər planlayır
İran Xarici İşlər Naziri Gürcüstana səfər planlayır

İranın Xarici İşlər Naziri Muhamməd Cavad Zarif gələn həftə Tbilisiyə gəlməyi planlayır.

Bu haqda məlumatı İran medyası Nazirliyə istinadən yazır.

Qeyd olunan məsələ ilə bağlı Gürcüstanın Birinci Kanalı Xarici İşlər Nazirliyinə müraciət etdi və nazirlikdə bəyan etdilər ki, İran Xarici İşlər Naziri regional turne planlayıb və həmin turne çərçivəsində, Gürcüstana da gələcək.

Xarici İşlər Nazirliyində bəyan edirlər ki, səfərin təfərrüatları ilə bağlı diplomatik yollarla işləmlər davam edir.

İran medyasının məlumatına görə, Mohamməd Cavad Zarif gələn həftə Moskvaya, Bakıya, Yerevana və Tbilisiyə səfər planlayır.

Medyanın məlumatına görə, İran Xarici İşlər Naziri telefonla türk həmkarı Mevlut Çavuşoğlu ilə də danışıb.