İran İsraili Cənubi Livanda hərbi əməliyyatları dayandırmağa çağırır. Aqressiv hərəkətlər dayandırılmasa, İsraili İran Silahlı Qüvvələri tərəfindən sərt cavab gözləyir
İran İsraili “Hizbullah”a qarşı hərbi əməliyyatları dayandırmağa çağırır. Bu barədə İran agentliyinin yaydığı bəyanatda bildirilir.
“İsrail Cənubi Livanda aqressiv hərəkətlərini dayandırmasa, onu İran İslam Respublikasının Silahlı Qüvvələri tərəfindən sərt cavab gözləyir”, – bəyanatda qeyd olunur.
İran agentliyinin məlumatına görə, bəyanat ölkənin silahlı qüvvələrinin əməliyyatlarının koordinasiyasını həyata keçirən Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı tərəfindən verilib.