İran İsrailə qarşı əməliyyatın başa çatdığını açıqlayıb
İran İsrailə qarşı əməliyyatın başa çatdığını açıqlayıb

İran İsrailə qarşı əməliyyatın başa çatdığını açıqlayıb. Bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri bəyanat verib.

Bununla yanaşı, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İran hərbçilərinin hazır olduğunu və lazım gələrsə hərəkətə keçəcəyini bildirib.

“Bizim nöqtəyi-nəzərimizdən, əməliyyat başa çatıb, lakin silahlı qüvvələr hazırdır və lazım gələrsə hərəkətə keçəcəklər. Onun sözlərinə görə, əməliyyat “uğurlu” olub.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sözlərinə görə, əgər İsrail “İran maraqlarına, rəsmilərinə və vətəndaşlarına” hücum etmək qərarına gələrsə, İran “proporsional cavab” verəcək.

İsrailin İranda keçirdiyi əməliyyatı “düzgün cavab” adlandırıblar. Aprelin 13-də Tehranın həyata keçirdiyi hücum aprelin 1-də İran İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli zabitlərinin həlak olması ilə nəticələnən Suriyanın paytaxtı Dəməşqdəki İran konsulluğuna hücuma İranın cavabı olub. İran hadisədə İsraili günahlandırıb və onu İranın suverenliyinə zərbə vurmaqda ittiham edib.