“İran İslam İnqilabı Keşikçiləri Korpusu”: Hörmüz boğazı bütün gəmilər, o cümlədən neft tankerləri və ticarət gəmiləri üçün bağlanıb
Hörmüz boğazı bütün gəmilər, o cümlədən neft tankerləri və kommersiya gəmiləri üçün bağlanıb. Bu barədə məlumatı İran İslam İnqilabı Keşikçiləri Korpusu yayıb.
Bəyanatda qeyd olunur ki, boğaza daxil olmağa cəhd edən istənilən gəmi hücum hədəfinə çevriləcək.
ABŞ Mərkəzi Komandanlığı isə bu məlumatı təkzib edərək bildirib ki, kommersiya gəmiləri boğazda hərəkəti davam etdirirlər.
Bundan əvvəl ABŞ İran ərazisinə qarşı “müdafiə xarakterli zərbələrin” yeni dalğasını həyata keçirib. Mərkəzi Komandanlığın məlumatına görə, hücumların hədəfi İranın hərbi müşahidə imkanları, rabitə sistemləri və hava hücumundan müdafiə obyektləri olub.