İran İslam İnqilabı Keşikçiləri Korpusu bildirir ki, bölgədə yerləşən Amerika hərbi bazalarına və Hörmüz boğazı yaxınlığında olan bir gəmiyə zərbələr endirilib
İran İslam İnqilabı Keşikçiləri Korpusu bildirir ki, bölgədə yerləşən Amerika hərbi bazalarına və Hörmüz boğazı yaxınlığında olan bir gəmiyə zərbələr endirilib

İranda bildirirlər ki, bölgədə yerləşən ABŞ hərbi bazalarına və Hörmüz boğazı yaxınlığında olan bir gəmiyə zərbələr endirilib. Bu barədə məlumatı CNN yayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun açıqlamasına görə, hücumlar ABŞ-ın İranla əlaqəli neft tankerinə və Keşm adasına qarşı həyata keçirdiyi əməliyyatlara cavab olaraq təşkil edilib.

Korpusun məlumatında qeyd olunur ki, İran raket və pilotsuz uçuş aparatları vasitəsilə ABŞ-a məxsus hava və helikopter bazasına, eləcə də Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahına cavab zərbələri endirib. ABŞ hərbçiləri isə bu iddiaları təkzib edirlər.

Bununla yanaşı, İran İslam İnqilabı Keşikçiləri Korpusu Liberiya bayrağı altında üzən “Panaya” gəmisinə doğru raketlər buraxdıqlarını açıqlayıb. Bildirilib ki, bu addım ABŞ-ın İranın mühüm neft limanı olan Xarq adasına doğru hərəkət edən neft tankerinə endirdiyi zərbəyə cavab olaraq atılıb.