İran-İraq sərhədində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 150-yə çatıb
İran-İraq sərhədində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 150-yə çatıb

İran və İraq sərhədində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 150-yə çatıb.

Reuters-in məlumatına görə, Kirhanşax əyalətində ən az 141 nəfər həlak olub.

İraqda ölənlərin sayı isə, dörd nəfərdir, ancaq İraq rəsmilərinin bəyanatına görə, bu rəqəm arta bilər.

İraqın məscidlərində yüksək səslə əzanlar oxunur.

Amerikanın geoloji tədqiqat mərkəzinin məlumatına görə, zəlzələnin episentri, İraqın Cəlalabad şəhirndən 30 kilometrdə qeyd olunub.

Zəlzələ Türkiyədə, Kuveytdə və İsraildə də hiss olundu.