İran höküməti Britaniya Şurası ilə hərhansı əməkdaşlığı qadağan edir
İran höküməti Britaniya Şurası ilə hərhansı əməkdaşlığı qadağan edir

İran höküməti Britaniya Şurası ilə hərhansı əməkdaşlığı qadağan edir.

Bu barədə bəyanatı İranın Kəşfiyyat Xidməti yayıb.

Veb-səhifədə yayılan rəsmi bəyanatda qeyd olunur ki, “Britaniya Şurası” ilə əməkdaşlıq qanunla cəzalandırılacaq.

“Britaniya İranda Britaniya Şurasının əməkdaşlığı ilə, mədəni proqram həyata keçirməyi planlayırdı, ancaq Britaniya Şurası ilə hərhansı əməkdaşlıq qadağan edilib və qanunla cəzalandırılacaq” – deyilir rəsmi bəyanatda.

Avqust ayında İranın Ali Məhkəməsi, casusluqla ittiham edilən İranlı qadına Aras Amiriyə 10 illik həbs cəzası verdi. Casusluqla ittiham edilən qadın Londonda, Britaniya səfirliyində işləyirdi.

Onu 2018-ci ildə, İrana ailəsini ziyarətə gəlirkən həbs etdilər.