İran dövlət mediası ABŞ ilə əldə olunan qarşılıqlı anlaşma memorandumunun 14 maddəsini yayımlayıb.

10:44, 15.06.2026

İran dövlət mediası ABŞ ilə əldə olunduğu bildirilən qarşılıqlı anlaşma memorandumunun 14 bəndini yayımlayıb.

Məlumata görə, sənəddə aşağıdakı müddəalar yer alır:

Bütün cəbhələrdə, o cümlədən Livanda daimi atəşkəsin təmin edilməsi;
ABŞ-ın İranın daxili işlərinə müdaxilə etməmək öhdəliyi;
ABŞ tərəfindən tətbiq edilən dəniz blokadasının 30 gün ərzində ləğvi;
ABŞ hərbi qüvvələrinin İrandan çıxarılması;
Hörmüz boğazının İranla əldə olunan razılaşmalara uyğun olaraq 30 gün ərzində yenidən açılması;
ABŞ və müttəfiqləri tərəfindən İranın yenidən qurulması üçün ən azı 300 milyard dollar dəyərində planın təqdim edilməsi;
İranın neft və enerji sektoruna qarşı tətbiq olunan sanksiyaların ləğvi;
İranın nüvə silahı istehsal etməyəcəyi ilə bağlı öhdəliyini yenidən təsdiqləməsi;
ABŞ-ın regionda hərbi mövcudluğunu artırmamaq və yeni sanksiyalar tətbiq etməmək öhdəliyi;
İranın dondurulmuş aktivlərinin bir hissəsi azad edilməyincə yekun danışıqlara başlanmaması;
İran neftinə qarşı sanksiyaların müvəqqəti dayandırılması;
Danışıqların başlanması üçün ilkin şərt kimi dəniz blokadasının aradan qaldırılması.

Agentliyin məlumatına görə, yekun razılaşma daha sonra BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənməlidir.

Oxşar