İran “Çamran-1” tədqiqat peykini orbitə çıxarıb

14:03, 14.09.2024

İran “Çamran-1” tədqiqat peykini orbitə çıxarıb. İran dövlət mediasının məlumatına görə, bu, İran tərəfindən bu il uğurla orbitə buraxılan ikinci peykdir.

İranın İRNA agentliyinin yazdığına görə, peyk “İslam İnqilabı Keşikçiləri Korpusu”nun aerokosmik texnologiya mütəxəssisləri tərəfindən yaradılmış raket vasitəsilə orbitə çıxarılıb.

İranın bir neçə şirkəti və sənaye qrupu tərəfindən hazırlanmış peykin çəkisi təxminən 60 kiloqramdır. İran hakimiyyəti Pentaqonun ballistik raketlərin peyk fəaliyyətinin bir hissəsi kimi hazırlanması ilə bağlı ittihamlarını rədd edir.

Oxşar