İran İslam Respublikasının Silahlı Qüvvələri oktyabrın 1 -də ,cümə günü ölkənin şimal -qərb bölgəsində, Azərbaycanla sərhəd yaxınlığında hərbi təlimlər keçirəcək.
Təlimlərin adı “Xeybərin fəthçiləri” -dir. Məqsəd mövcud döyüş hazırlığını yaxşılaşdırmaq və effektivliyi artırmaqdır.
Təlimlərdə artilleriya, zirehli texnika, pilotsuz uçuş aparatları və helikopterlər iştirak edəcək.