İran Atom Enerjisi Təşkilatı - Əgər İran istəsə, iki gündə 20 faizlə zənginlşdirilmiş Uran əldə edə bilər
İran Atom Enerjisi Təşkilatı - Əgər İran istəsə, iki gündə 20 faizlə zənginlşdirilmiş Uran əldə edə bilər

“Əgər İran istəsə, iki gündə 20 faizlə zənginlşdirilmiş Uran əldə edə bilər” – bu barədə bəyanatı İranın Atom Enerjisi təşkilatının mətbuat xidmətinin nümayəndəsi Bəhruz Kamalvand verib.

Buna paralel olaraq, İranın Xarici İşlər Naziri Mohamməd Cavad Zarif bəyan etdi ki, sentyabrın 6-da Tehran nüvə razılaşması ilə üzərinə götürdüyü öhdəliklərin azaldılmasının üçüncü mərhələsinin həyata keçirilməsinə başlayacaq.

İyulun 8-də isə, İran Atom Enerjisi təşkilatında bəyan edildi ki, Tehran nüvə razılaşmasında müəyyən edilən Uran zənginləşdirilməsinin 3.67 faizlik göstəricisini keçib.