İrakliĞaribaşvili - ictimaiyyətə söz verdiyimiz kimi, bu gündən 800-dən çox xroniki və onkoloji dərman orta hesabla 40% ucuzlaşacaq
Bu gündən 800-dən çox xroniki və onkoloji dərman orta hesabla 40% ucuzlaşacaq, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili sosial şəbəkədə yazır.
“İctimaiyyətə söz verdiyimiz kimi, bu gündən dərman vasitələrinin referent qiymətləri tətbiq edildi. Nəticədə, 800-dən çox xroniki və onkoloji dərman orta hesabla 40% ucuzlaşacaq”, – baş nazir qeyd edir.
Hökumət administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, ilkin olaraq xroniki xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərmanlara referent qiymətləri müəyyən edildi, mərhələ şəklində isə, qiymətləri tənzimləmə mexanizmi başqa qrup dərmainlarına da aid olacaq.
Bununla yanaşı, elə onların məlumatına görə, 2022-ci ilin martından, hökumətin təşəbbüsü ilə Türkiyənin dərman bazarı açıldı, bu da Gürcüstanda dərmanların qiymətini 60-80 faiz azaltdı. Nəticədə, illik olaraq, ölkənin yüz minə qədər vətəndaşı, təxminən 200 milyon lariyə qədər qənaət edəcək. Referent qiymətlərin tədbiqi isə, dərmanların əlçatarlığını daha da yaxşılaşdıracaq.