İrakli Zarkua – “Milli Hərəkat” heç vaxt hakimiyyətə gəlməyəcək, əhalinin əksəriyyəti buna imkan verməyəcək

12:59, 08.11.2021

Parlament çoxluğunun üzvü İrakli Zarkuanın sözlərinə görə, ölkədə dinc etiraz hüququ konstitusiya ilə təmin olunub.

Onun sözlərinə görə, aksiya qanunla müəyyən edilmiş meyarları keçən kimi reaksiya olacaq.

“Milli Hərəkat” heç vaxt hakimiyyətə gəlməyəcək. Ona görə yox ki, “Gürcü arzusu” idealdır, çünki, əhalinin əksəriyyəti buna imkan verməyəcək. Fakt inadkardır, fakt üzdədir. ATƏT-in hesabatı var ki, özünüidarəetmə seçkiləri yaxşı təşkil olunmuş, rəqabətli, azad keçib. Əlbəttə, çatışmazlıqlar var idi”, – deyə İrakli Zarkua bildirib.

Oxşar