İrakli Xmaladze - "Mtavari Arxi"nin yayımlayacağı süjet başdan axıra qədər yalandır və orada heç bir həqiqət zərrəsi yoxdur
“Mtavari Arxi”nin efirə verəcəyi süjet başdan axıra qədər yalandır və orada zərrə qədər də həqiqət yoxdur, – bu barədə Tbilisinin vitse-meri İrakli Xmaladze sosial şəbəkədə yazır.
İrakli Xmaladzenin sosial şəbəkədə yazdığına əsasən, “o, tam süjetin efirə çıxmasını gözləyəcək və hadisələr əvvəlki anonsun açıq-aşkar getdiyi kimi əsassız, birtərəfli və böhtan dolu şəkildə təqdim olunarsa, qanuni yollara üz tutacaq”.
““Mtavari Arxi” süjetinin anonsunda haqqımda yazılan mütləq yalana cavab vermək istərdim. Süjetin anonsunda “Mtavari Arxi” deyilən sözdə mənbə, dəyişmiş səslə absurd əhvalat danışır, guya mən, Tbilisi merinin vitse-meri İrakli Xmaladze DTX-ya sorğuya çəkilmək üçün çağırılıb, orada saxlanılıb və yalnız Tbilisi merinin müdaxiləsindən sonra buraxılmışam. Bu xəbərin anonsunu görəndən sonra “Mtavari Arxi”nin sözügedən süjet üzərində işləyən jurnalisti ilə əlaqə saxladım. Söhbətimizin lentə alındığını və həbs olunmaq bir yana, heç bir hüquq-mühafizə orqanına dindirilməyə çağırılmadığımı, xəbərin anonsunda yayılanların hamısının tamamilə yalan olduğunu ona izah etdim. Eyni zamanda onlara bu yalanı yaymamağı tövsiyə etdim! Tam süjetin efirə çıxmasını gözləyəcəm, əgər hadisələr əvvəlki anonsun açıq-aşkar getdiyi kimi əsassız, birtərəfli və böhtan dolu təqdim olunarsa, o zaman yuxarıda adıçəkilən jurnalistə dediyim kimi, qanuna üz tutacağam! Bir daha qətiyyətlə bildirirəm ki, “Mtavari Arxi”nin efirə verəcəyi süjet əvvəldən axıra qədər yalandır və orada zərrə qədər də həqiqət yoxdur”, – İrakli Xmaladze yazır.
Müəllif -
Mehemmed Bayramaliyev