Gürcüstanın baş prokuroru İrakli Şotadze Türkiyə Respublikasının baş prokuroru Bekir Şahinlə görüşüb.
Gürcüstanın Baş Prokurorluğunda keçirilən görüşdə Gürcüstanın baş prokurorunun müavini Natia Merebaşvili, Beynəlxalq Əlaqələr və Hüquqi Təminat İdarəsinin rəisi İrakli Çilinqaraşvili və Türkiyə Respublikasının nümayəndə heyətinin üzvləri iştirak ediblər.
Prokurorluğun yaydığı məlumat üzrə, görüşdə İrakli Şotadze Bekir Şahinə Gürcüstanın Prokurorluğunda aparılan islahatlar və prioritet istiqamətlər barədə məlumat verib. Bekir Şahin isə öz növbəsində tabeliyində olan qurumun fəaliyyəti və aparılan islahatlar barədə gürcü həmkarları ilə məlumat paylaşıb.
Görüş çərçivəsində tərəflər cinayət hüququ sahəsində hüquqi əməkdaşlıq məsələlərini müzakirə ediblər.
İrakli Şotadze Gürcüstanın Prokurorluğunun fəaliyyətinə maraq göstərdiyinə və öz təcrübəsini bölüşdüyünə görə qonağa təşəkkür edib.
Görüşün sonunda tərəflər bir daha qarşılıqlı əməkdaşlığı davam etdirməyə dair hazır olduqlarını bildiriblər.