İrakli Şotadze Kelli Deqnanla görüşdü
İrakli Şotadze Kelli Deqnanla görüşdü

Gürcüstanın baş prokuroru İrakli Şotadze ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan ilə görüşüb.

Baş Prokurorluqda keçirilən görüşdə baş prokurorun birinci müavini Bakur Abuladze, Beynəlxalq Əlaqələr və Hüquq Təminatı İdarəsinin rəisi İrakli Çilinqaraşvili və ABŞ Ədliyyə Departamentinin rezident müşaviri Lena Ouens iştirak ediblər.

İrakli Şotadze idarə adından Kelli Deqnana amerikalı tərəfdaşlar tərəfindən prokurorluğun inkişafına verdiyi töhfəyə və andlı iclasçılar və kibercinayətkarlıq işləri ilə məşğul olan prokurorların öz bilik və ixtisaslarını artırdıqlarına görə təşəkkür edib.

Görüşdə tərəflər həmçinin Gürcüstan və ABŞ Prokurorluğu arasında əməkdaşlıq məsələlərini müzakirə edib, əməkdaşlığın gücləndirilməsi və gələcək planlar barədə danışıblar.

Görüşün sonunda baş prokuror İrakli Şotadze ABŞ səfirinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Məlumatı Gürcüstan Baş Prokurorluğunun mətbuat xidməti yayıb.