İrakli Şotadze Ermənistanın İstintaq Komitəsinin sədri Arqişti Kiaramyanla görüşüb
Gürcüstanın baş prokuroru İrakli Şotadze Ermənistan Respublikası İstintaq Komitəsinin sədri Arqişti Kiaramyanla görüşüb.
Gürcüstan Prokurorluğu tərəfindən yayılmış məlumatda qeyd olunduğu üzrə, Baş Prokurorluqda keçirilən görüşdə baş prokurorun birinci müavini Bakur Abuladze, baş prokurorun müavini Qiorqi Qabitaşvili, beynəlxalq əlaqələr və hüquqi təminat departamentinin rəhbəri İrakli Çilinqaraşvili, Xüsusi İstintaq Xidmətinndə İstintaqın Prosessual Rəhbərlik Departamentinin əməkdaşı Amiran Quluaşvili və Ermənistan Respublikasının İstintaq Komitəsinin nümayəndələri iştirak ediblər.
Görüşdə Gürcüstanın baş prokuroru Ermənistan Respublikası İstintaq Komitəsinin nümayəndələrinə prokurorluğun əsas funksiyaları, fəaliyyəti və səlahiyyətləri barədə məlumat verib.
İrakli Şotadzenin qeyd etdiyi kimi, ölkələr arasında mövcud beynəlxalq təsir vasitələri əsasında, Gürcüstan Prokurorluğu gələcəkdə də erməni həmkarları ilə fəal əməkdaşlıq edəcək və cinayətkarlıqla mübarizə sahəsində iki dövlət arasında əməkdaşlığın daha təsirli və uğurlu aparılması üçün bütün lazımi tədbirləri görəcək.
Gürcüstanın prokuroru İrakli Şotadze qonaqlara Gürcüstan Prokurorluğunun fəaliyyətinə maraq göstərdiklərinə və təcrübələrini bölüşdüklərinə görə təşəkkür edib.
Görüşün sonunda tərəflər qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıblar və gələcəkdə əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduqlarını bildiriblər.