İrakli Şotadze Azərbaycanın baş prokuroru, Kamran Əliyevlə görüşdü
İrakli Şotadze Azərbaycanın baş prokuroru, Kamran Əliyevlə görüşdü

Gürcüstanın baş prokuroru, İrakli Şotadze Azərbaycanın baş prokuroru, Kamran Əliyevlə görüşdü. Məlumatı Baş Prokurorluq yayır.

İdarənin məlumatına görə, görüşdə baş prokurorun birinci müavini Bakur Abuladze, baş prokurorun müavini Natiya Merebaşvili, beynəlxalq əlaqələr və hüquqi təminat idarəsinin rəisi İrakli Çilinqaraşvili və Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndə heyətinin üzvləri iştirak edirdilər.

Gürcüstanın Baş Prokurorluğunda keçirilən görüşdə İrakli Şotadze iki ölkə arasında səmərəli hüquqi əməkdaşlığa görə, Kamran Əliyevə təşəkkürünü bildirdi.

Gürcüstanın baş prokurorunun qeyd etdiyi kimi, Gürcüstan və Azərbaycan arasında mövcud dostluq və işgüzar münasibətlər ədalət istiqamətində sıx əməkdaşlığa imkanlar yaradır.

Görüşdə tərəflər iki ölkə arasında ədalət istiqamətində əməkdaşlığın əhəmiyyətindən, cinayətlə mübarizə sahəsində təcrübə mübadiləsinin aparılmasından, Gürcüstanda və Azərbaycanda son illərdə cinayət mühakiməsi sahəsində əldə olunan nailiyyətlərdən və çağırışlardan, eləcə də cinayət mühakiməsinin daha da gücləndirilməsindən söhbət etdilər.

Azərbaycan Respublikasının Baş Prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının (IAP)) 27-ci İllik Konfransı və Ümumi Yığıncağı çərçivəsində Gürcüstanda səfərdədir, hansı da 25-29 okyabrda Tbilisdə keçirilir.

Prokurorların Beynəlxalq Konfransında 60 ölkədən 300 prokuror, Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Avropa Şurası, ABŞ Ədliyyə Departamentinin (DOJ), cinayət ədliyyəsi sahəsində fəaliyyət göstərən müvafiq qurumların nümayəndələri və bu sahədə işləyən yüksək səviyyəli mütəxəssislər iştirak edəcəklər.