İrakli Şotadze 2021-ci ildə prokurorluğun fəaliyyəti haqqında hesabat təqdim edəcək
İrakli Şotadze 2021-ci ildə prokurorluğun fəaliyyəti haqqında hesabat təqdim edəcək

Gürcüstanın baş prokuroru İrakli Şotadze Prokurorluq Şurasına Gürcüstan Prokurorluğunun 2021-ci ildəki fəaliyyəti haqqında hesabatı təqdim edəcək.

Prokurorluqdan verilən məlumata görə, hesabatda qurumun fəaliyyəti, həyata keçirilən cinayət siyasəti və sistemin qarşısında duran vəzifələr, eləcə də qurumun gələcək planları barədə statistik və analitik icmal verilib.

Sabah, fevralın 17-də saat 15:00-da Gürcüstan Baş Prokurorluğunda Gürcüstan Prokurorluğunun 2021-ci il üzrə fəaliyyəti haqqında hesabatının təqdimatı keçiriləcək.