İrakli Şotadze - 2008-ci ilin müharibəsi zamanı Rusiyanın törətdiyi hərbi cinayətlərin araşdırılması bizim üçün xüsusi əhəmiyyət kəsb edir
2008-ci ildə Gürcüstan-Rusiya müharibəsi zamanı Rusiyanın törətdiyi hərbi cinayətlərin araşdırılması bizim üçün xüsusilə vacibdir – bu barədə Gürcüstanın baş prokuroru İrakli Şotadze Beynəlxalq Prokurorlar Assosiasiyasının 27-ci illik konfransında çıxışı zamanı bildirib.
Şotadze bildirib ki, Ukraynada Rusiyanın törətdiyi təcavüz və müharibə nəticəsində törədilmiş cinayətlərin araşdırılması və bu istiqamətdə çağırışlar sessiyanın gedişatı zamanı vacib məsələ olacaq.
“2008-ci ildə Gürcüstan-Rusiya müharibəsi zamanı Rusiyanın törətdiyi hərbi cinayətlərin araşdırılmasının bizim üçün xüsusilə vacib olması hamıya aydındır, üstəlik sessiyada məruzəçilərdən biri Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin Prokurorluğudur, qurumun bu iddiada konkret şübhəliləri var, bu yerli və beynəlxalq əməkdaşlığın uğurlu nümunəsidir. Həmçinin Ukraynada Rusiyanın törətdiyi təcavüz və müharibə nəticəsində törədilmiş cinayətlərin araşdırılması və bu istiqamətdə çağırışlar sessiyanın gedişatı zamanı vacib məsələ olacaq. Bu il Rusiyanın Ukraynada apardığı müharibə xüsusi əhəmiyyət kəsb edir və hamımıza müharibə cinayətlərinin effektiv araşdırılması və mühakimə olunmasının zəruriliyini xatırlatdı. Bu baxımdan, Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin Prokurorluğuna, “Eurojust”a xüsusi uğurlar arzulayıram. Bütün dünya istintaqın nəticələrini gözləyir” – deyə İrakli Şotadze bildirib.