İrakli Sesiaşvili - Birgə rezolyusiya mətninin 95 faizi razılaşdırılıb
İrakli Sesiaşvili - Birgə rezolyusiya mətninin 95 faizi razılaşdırılıb

“Daxili inancım var ki, bir rezolyusiyayı hamımız dəstəkləyirik, – bu barədə bəyanatı parlamentin Müdafiyə və Təhlükəsizlik komitəsinin sədri İrakli Sesiaşvili Arçil Tatunaşvili məsələsi ilə bağlı verdi.

Sesiaşvilinin dediyinə görə, parlament əksəriyyəti və azlığı birgə hazırlanan rezoluysiya mətninin 95 faizini dəstəkləyir.

“Bu razılaşma ölkəmizə lazımdır, hansısa partiyaya deyil. Rezolyusiya mətninin 95 faizi demək olar ki, razılaşdırılıb.

Mübahisəli olan bir detala gəlincə isə, “Gürcü Arzusu” müzakirə üçün qapalı deyil. Mövcud olan arqumentləri sessiyada müzakirə edə bilərik. İndi bu haqda diskussiya başlatmaq istəmirəm” – dedi Sesiaşvili.