İrakli Şenqelia - ABŞ-ın ədliyyə orqanına müraciət etmək, sanksiyalarla bağlı əsassız qərarı mübahisəli etmək üçün aktiv fəaliyyətə başlayıram, “korrupsioner” damğasına alışmaq niyətində deyiləm
İrakli Şenqelia - ABŞ-ın ədliyyə orqanına müraciət etmək, sanksiyalarla bağlı əsassız qərarı mübahisəli etmək üçün aktiv fəaliyyətə başlayıram, “korrupsioner” damğasına alışmaq niyətində deyiləm

 

ABŞ-ın müvafiq ədliyyə orqanına müraciət etmək və mənə sanksiya tətbiq edilməsi ilə bağlı misli görünməmiş, tamamilə əsassız qərarı mübahisəli etmək üçün aktiv fəaliyyətə başlayıram – bu barədə hakim İrakli Şenqelia sosial şəbəkədə yazır.

O, “korrupsioner” damğasına alışmaq niyətində olmadığını bildirib.

“İctimaiyyətə bildirmək istərdim ki, ABŞ-ın müvafiq ədliyyə orqanına müraciət etmək, şərəf və nüfuzuma qarşı yönəlmiş korrupsiyada iştirak üzrə ən ağır ittihamla mənə sanksiya tətbiq edilməsi ilə bağlı misli görünməmiş, tamamilə əsassız qərarı mübahisəli etmək üçün aktiv fəaliyyətə başlayıram. “Korrupsioner” damğasına alışmaq niyətində deyiləm. Mənim üçün ABŞ vizası əsas deyil, bəlkə də bir daha ora getməyəcəm; Ən əsası şərəfimin və həyatım boyu öz vəzifələrimi vicdanla və bacarıqla yerinə yetirməyim nəticəsində qazandığım işgüzar nüfuzumu qorumaqdır. İddia ərizəmin ünvançısı ABŞ məhkəməsi olduğundan, onun təqdim edilməsi üçün zəruri olan təşkilati məsələləri həll etdikdən müəyyən müddət keçdikdən sonra iddia ona təqdim olunacaq. Əminəm ki, həqiqət itməyəcək və pozulmuş hüquqlarımı tam bərpa edəcəyəm”-deyə İrakli Şenqelia yazır.