İrakli Qaribaşvili Kəşfiyyat Xidmətinin fəaliyyətinin 2022-ci ilinin hesabatını dinlədi
Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Kəşfiyyat Xidmətinin rəhbəri, Şalva Lomidze ilə görüşdü.
Şalva Lomidze baş nazirə xidmətin 2022-ci il üzrə fəaliyyəti barəsində hesabat təqdim etdi.
Baş nazir və Kəşfiyyat Xidmətinin rəhbəri 2023-cü ilin planları və xidmətin inkişaf prioritetlərini müzakirə etdilər. Hökumət administrasiyasında keçirilən görüşdə bölgədəki geosiyasi vəziyyət və təhlükəsizlik çağırışları müzakirə olundu.
Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.