İrakli Qaribaşvili ilə Nikol Paşinyan arasında telefon danışığı baş tutub
Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Baş nazirlər Ermənistan və Azərbaycan sərhədindəki vəziyyət barədə danışıblar.
İrakli Qaribaşvili regionda sülh və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıb.
Hökumət başçısı qeyd edib ki, vəziyyətin dinc danışıqlar yolu ilə tənzimlənməsi vacibdir.
İrakli Qaribaşvilinin sözlərinə görə, Gürcüstan regionda sülh və sabitliyin təmin edilməsinə töhfə verməyə hər zaman hazırdır.
BU barədə məlumatı hökumət administrasiyası yayır.
Müəllif -
Mehemmed Bayramaliyev