İrakli Qaribaşvili - Hökumət çağırışa hazırdır, biz heç kimin ölkə daxilində nə isə təxribat törətməsinə imkan verməyəcəyik, bütün vətəndaşları, ölkənin sabitliyini və əmin-amanlığını qoruyacağıq
Hökumət çağırışa hazırdır, biz heç kimin ölkə daxilində nə isə təxribat törətməsinə imkan verməyəcəyik, – bu barədə Gürcüstanın baş naziri İrakli, Ğaribaşvili Kvarelidə jurnalistlərə DTX-nin başlatdığı istintaqla bağlı sualı cavablandırarkən bəyan etdi.
Hökumət başçısı qeyd etdi ki, dövlət bütün vətəndaşları qoruyacaq, ölkədə əmin-amanlığı və sabitliyi təmin edəcək.
“Bir şey dəmək istəyirəm, qeyri-xeyirxah, düşmənçilik, təxribatçı və sair əhval ruhoyyəsində olan çox insan ola bilər. Bir şeyi hamının bilməyini istəyirəm, dövlət, hökumət çağırışa hazırdır. Biz heç kimin ölkə daxilində nə isə təxribat törətməsinə imkan verməyəcəyik. Bütün vətəndaşları, ölkənin sabitliyini və əmin-amanlığını qoruyacağıq
Dövlət Təhlükəsizliyi Xidmətinin konkret məlumatı var ki, məlumatın nə vaxt açıqlanması zərurəti yaranacaqsa, lazım bilsə, yalnız bundan sonra ictimaiyyətə məlumat veriləcək”, – İrakli Ğaribaşvili bəyan etdi.
Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidməti “Vahid Milli Hərəkatın” Ukraynada mümkün təxribatları ilə bağlı məlumatla əlaqədar istintaqa dünən başladı.