İrakli Qaribaşvili - Dəhşətli zəlzələ nəticəsində yüzlərlə insanın həlak olması ilə əlaqədar Mərakeş xalqına dərin hüznlə başsağlığı verirəm
Gürcüstanın baş naziri İrakli Qaribaşvili zəlzələ nəticəsində yüzlərlə insanın həlak olması ilə əlaqədar Mərakeş xalqına başsağlığı verir.
İrakli Qaribaşvili təbii fəlakət nəticəsində xəsarət alanların tezliklə sağalmasını arzulayır.
“Dəhşətli zəlzələ nəticəsində yüzlərlə insanın həlak olması ilə əlaqədar Mərakeş xalqına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə sağalmasını arzulayıram. Bu çətin matəm anlarında biz Mərakeş Krallığı hökuməti ilə həmrəy olduğumuzu bildiririk”, – baş nazir sosial şəbəkədə yazıb.
Ötən gün Mərakeşdə 6,8 bal gücündə zəlzələ baş verib. Son məlumatlara görə, təbii fəlakət nəticəsində 820 nəfər ölüb, 672 nəfər xəsarət alıb.
Müəllif -
Mehemmed Bayramaliyev