İrakli Qaribaşvili - Cənubi Qafqazın hər üç ölkəsi regionun məsələlərini özləri həll edə bilməlidir, bizim gələcək inkişafımız, gələcəyimiz sülh və sabitlik şəraitində olmalıdır
İrakli Qaribaşvili - Cənubi Qafqazın hər üç ölkəsi regionun məsələlərini özləri həll edə bilməlidir, bizim gələcək inkişafımız, gələcəyimiz sülh və sabitlik şəraitində olmalıdır

İlham Əliyevlə görüşdə biz təhlükəsizlik məsələlərini, regiondakı mövcud vəziyyəti və ümumiyyətlə, bütün dünyada kifayət qədər gərgin olan dünyada mövcud təhlükəsizlik məsələlərini nəzərdən keçirdik. Mən bir daha cənab Prezidentə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyimizi və hörmətimizi təsdiqlədim, – bu haqda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi brifinqdə bildirib.

Qaribaşvilinin sözlərinə görə, Gürcüstan, Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyən Azərbaycana minnətdardır.

“Biz minnətdarıq ki, Azərbaycan hər zaman ölkəmizin ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyir. Həmçinin, böyük ümidlə bildirmək istərdim ki, tezliklə Ermənistanla sülh sazişi imzalanacaq. Biz bu məsələdə tam ortaq fikirdəyik ki, sülh sazişi, hesab edirəm ki, Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olmasına töhfə verəcək və bu, xalqlarımıza – Ermənistana, erməni xalqına, Azərbaycana, gürcülərə və Gürcüstana rifah gətirəcək. Ona görə də biz bu prosesdə həmişə qərəzsiz, neytral mövqe tutmuşuq. Biz hələ də bu vasitəçiliyin, asanlaşdırmanın və ya ümumiyyətlə, dostluq formatının formalaşmasına öz təvazökar töhfəmizi verməyə hazırıq. Tbilisi hər zaman bu prosesdə iştirak etməyə hazırdır, gələcəyimiz dinc, sabit olmalıdır və biz, Cənubi Qafqazın hər üç ölkəsi regionun problemlərini və gələcək inkişafımızı öz gücümüzlə həll edə bilməliyik”, – Qaribaşvili bildirib.