İrakli Qaribaşvili Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının prezidenti ilə görüşdü
Gürcüstanın baş naziri, İrakli Qaribaşvili Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) prezidenti, Françesko Roka ilə görüşdü.
Baş nazirin mətbuat xidmətinin məlumatına görə, görüşdə IFRC və Gürcüstan Qızıl Xaç Cəmiyyətinin Gürcüstandakı fəaliyyəti, o cümlədən COVID-19-un yaratdığı fəsadların aradan qaldırılması müzakirə olundu. Onların sosial cəhətdən həssas təbəqələrə və qocalara humanitar yardım göstərilməsi baxımından rolu xüsusi vurğulandı. Söhbət həmçinin IFRC ilə Gürcüstan hökuməti arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlardan danışıdı.
Onların sözlərinə görə, söhbət Gürcüstanın ilk dəfə ev sahibliyi etdiyi 11-ci IFRC Avropa Bölgə Konfransı ətrafında oldu. Konfransın bölgədəki çağırışlara cavab vermək baxımından nəzərə çarpacaq nəticələr əldə etməsinin vacib olduğu vurğulandı.
Görüş zamanı Ukraynada davam edən hərbi əməliyyatlara diqqət yetirildi. Baş nazir Gürcüstanın Ukraynaya güclü dəstəyini bir daha təsdiqləyərək, bu dəstəyin həm siyasi, həm də humanitar baxımdan ifadə edildiyini qeyd etdi.
Hökumət administrasiyasında keçirilən görüşdə Gürcüstanın işğal olunmuş ərazilərindəki vəziyyət, təhlükəsizlik və humanitar vəziyyətə də toxunuldu. İrakli Ğaribaşvili qeyd etdi ki, Gürcüstan münaqişənin sülh yolu ilə həlli siyasətinə sadiqdir.
Görüşdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Avropa zonasının rəhbəri Birgit Boşip Ebesen, Gürcüstan Qızıl Xaç Cəmiyyətinin prezidenti Natia Loladze və hökumət başçısı vəzifəsini icra edən Revaz Cavelidze iştirak ediblər.
Məlumatı baş nazirin mətbuat xidməti yayır.