İrakli Pavlenişvili - Salome Zurabişvili seçkilərdən əvvəl əsas müxalifətçi Mixeil Saakaşvilini həbsxanadan azad etməlidir
Salome Zurabişvili Avropa tipli idarəçilikdən danışanda, ilk növbədə, yada salmalıdır ki, Avropa tipli demokratiyada eks-prezidentlər uydurma ittihamlarla həbsxanada deyillər, bu səbəbdən o, seçkilərdən əvvəl əsas müxalifətçi Mixeil Saakaşvilini həbsxanadan azad etməlidir-bu haqda “Vahid Milli Hərəkat”ın baş katibinin müavini İrakli Pavlenişvili açıqlayıb.
“Biz koalisiya hökumətini, koalisiya sahəsində əməkdaşlığı təqdir edirik, lakin Salome Zurabişvili koalisiyadan, Avropa tipli idarəçilikdən danışanda ilk növbədə, yada salmalıdır ki, Avropa tipli demokratiyalarda siyasi məhbuslar yoxdur, heç bir siyasi təqib yoxdur. Eks-prezidentlər uydurma ittihamlarla həbsxanada deyillər, bu səbəbdən o, ölkəsinin Avropa perspektivi, Avropa gələcəyi üçün məsuliyyət götürməli və seçkilərdən əvvəl əsas müxalifətçini həbsxanadan azad etməlidir. Bu, o cümlədən koalisiya hökuməti və demokratik, Avropa tipli idarəçilik üçün ən vacibi olacaq” – deyə İrakli Pavlenişvili açıqlayıb.