İrakli Nadareişvili-Gürcü maskasının istehsalı proqramı davam edir,kifayət qədər maska ehtiyatına sahibik
Gürcüstanda istehsal olunan yerli maskaların kifayət qədər ehtiyatına sahibik,gürcü maskasının istehsalına dair dövlət proqramı davam edir-bu barədə İqtisadiyyat və Davamlı İnkişaf naziriniun müavini İrakli Nadareişvili bildirib.Onun sözlərinə görə,Gürcüstan hökumətinin təşəbbüsü ilə İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin mart ayında başlatdığı, çox istifadəli maskanın istehsalı proqramı bu gün də davam edir.
İrakli Nadareişvilinin sözlərinə görə,Nazirlik Gürcüstanın ən böyük apteklər şəbəkəsi ilə uğurla əməkdaşlıq edir və iki ayda cəmdə 1.8 milyondan artıq maska verib.Apteklərdə bəhsi keçən maskalar subsidiya edilmiş qiymətə,50 qəpiyə satılır.
“Gürcüstanda istehsal olunan yerli maskaların böyük seçimi var ki, bu da istehlakçılar üçün çox əlverişlidir” – deyə İrakli Nadareişvili bildirib.
Onun sözlərinə görə,buna baxmayaraq,maskalarla bağlı dövlət proqramı davam edir.
“Hədəf qruplarından biri sosial cəhətdən həssas olan insanlardır. Bəhsi keçən insanlara çox istifadəli maskaların pulsuz verilməsi üçün Səhiyyə Nazirliyi ilə fəal şəkildə işləyirik ”- deyə nazir müavini vurğulayıb.
Məlumatı İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin mətbuat xidməti yayır.
Hazırladı-Sevinc Mustafayeva