İrakli Mekvabişvili - Siyasətdə maliyyələşdirmə istiqamətində bütün proseslər şəffafdır, ancaq müəyyən "qara nöqtələrin" mövcud olması da istisna deyil
İrakli Mekvabişvili - Siyasətdə maliyyələşdirmə istiqamətində bütün proseslər şəffafdır, ancaq müəyyən "qara nöqtələrin" mövcud olması da istisna deyil

Siyasətdə maliyyələşdirmə istiqamətində bütün proseslər şəffafdır, ancaq müəyyən “qara nöqtələrin” mövcud olması da istisna deyil, – bu barədə bəyanatı baş auditor İrakli Mekvabişvili “Siyasətdə pul” adlı regional konfransı açarkən verdi.

Onun dediyinə görə, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı, QHT sektoru ilə bərabər çalışmalar həyata keçirilir və monitorinq keçirən strukturlar arasında asosiasiyanın yaradılması mümkündür.

Proseslər tamamən şəffafdır. QHT və vətəndaş sektoru ilə bərabər, qanunvericiliyin təkmilləşdirilməsi üzərində çalışırıq. Çağırışlara gəlincə isə, bunlar texniki məsələlərdir, hansılar ki, deklarasiyanın təqdim edilməsini müddətləri ilə bağlıdır. Təbii ki, teoretik olaraq, “qara nöqtələrin” mövcudiyyəti istisna edilmir, ancaq prosess tamamilə şəffafdır” – dedi Mekvabişvili.

Onun dediyinə görə, audit xidməti bütün bənzər vəziyyətlərə diqqətlə nəzər yetirəcək.

Kriptovalyutaya gəlincə, Mekvabişvilinin dediyinə görə, şəffaflıq baxımından bu müəyyən problemlərlə bağlıdır və daha böyük diqqət tələb edir.

Beynəlxalq təşkilatların və dövlət auditinin dəstəyi ilə, “Redison Blu İveria” mehmanxanasında üçüncü regional konfrans açıldı.

Konfransda  10 ölkənin siyasi maliyyələşdirilməsinin monitorinqini həyata keçirən strukturların 100-dən artıq nümayəndəsi və beynəlxalq ekspert iştirak edir.