İrakli Medzmariaşvili Çinin Gürcüstandakı səfiri səlahiyyətlərinin icraçısı ilə görüşüb - İdmanın müxtəlif növləri üzrə birgə təlimlər keçirmək barədə razılığa gəldik
İrakli Medzmariaşvili Çinin Gürcüstandakı səfiri səlahiyyətlərinin icraçısı ilə görüşüb - İdmanın müxtəlif növləri üzrə birgə təlimlər keçirmək barədə razılığa gəldik

 
Parlamentin İdman Komitəsinin sədri İrakli Medzmariaşvili Çin Xalq Respublikasının Gürcüstandakı səfiri səlahiyyətlərinin icraçısı Siu Xaiçenq ilə görüşüb.

Gürcüstan Parlamentinin mətbuat xidmətinin məlumatına əsasən, görüşdə iki ölkənin idman federasiyalarının birgə təlim, eləcə də görüşlərinin keçirilməsi və antidopinq agentliyinin fəaliyyəti məsələlərinə diqqət yetirilib. Onların məlumatında tərəflərin bu istiqamətdə gələcək əməkdaşlıq barədə razılığa gəldiyi deyilir.

“İdmanın müxtəlif növləri üzrə birgə təlimlər keçirmək barədə razılığa gəldik. Ən yaxın Qış Olimpiya Oyunlarının məhz Çində keçirildiyini nəzərə alsaq, bu vacibdir. Həmçinin, Gürcüstanda bütün Cənubi Qafqaza xidmət edəcək İdman Tibbinin Reabilitasiya Mərkəzinin yaradılmasından danışdıq və eyni zamanda, bu mərkəzdən təkcə idmançılar deyil, reabilitasiyaya ehtiyacı olan bütün insanlar faydalanacaq. Xahişimiz ondan ibarət idi ki, Çin tərəfinin bu istiqamətdə böyük təcrübəsi olduğundan sözügedən mərkəzin əsası onun köməyi və iştirakı ilə qoyulsun. Öz növbəsində səfir səlahiyyətlərinin icraçısı bizə kömək vəd etdi. Qeyd etmək istərdim ki, İdman Tibbinin Reabilitasiya Mərkəzinin yaradılması ilə ölkəmiz üçün böyük işlər görüləcək”- İrakli Medzmariaşvili bildirib.

Görüşdə həmçinin, Çin Xalq Respublikasının Gürcüstandakı səfirliyinin attaşesi Çen Çueipin iştirak edirdi.