Gürcüstanın Milli Rəqabət Agentliyinin sədri İrakli Lekvinadze Moldova Respublikasının Rəqabət Şurasının sədri Aleksey Qerteşu ilə işgüzar görüş keçirib. Bu barədə Milli Rəqabət Agentliyi məlumat yayır.
“Görüş çərçivəsində, tərəflər öz təcrübələrini bölüşüblər və gələcək əməkdaşlıq planlarını müzakirə ediblər.
Bundan başqa, İrakli Lekvinadze və Aleksey Qerteşu noyabrın 16-17-də Tbilisidə keçirilməsi planlaşdırılan “Rəqabət və istehlakçıların hüquqları” adlı beynəlxalq konfransın gedişatını müzakirə ediblər.
Milli Rəqabət Agentliyi, Milli Bank, GNERC, Rabitə Komissiyası və Dövlət Sığorta Nəzarəti Xidmətinin birgə təşkilatçılığı ilə keçirilməsi planlaşdırılan konfransda hökumət və parlament komandasının, yerli və beynəlxalq həmkar qurumların nümayəndələri, sənaye ekspertləri, biznes, qeyri-hökumət və akademik sektorun üzvlərinin olacağı 20 ölkədən 200-ə yaxın iştirakçı və nümayəndə heyəti iştirak edəcək” – deyə Milli Rəqabət Agentliyinin məlumatında bildirilir.