İrakli Lekvinadze - larinin məzənnəsinin möhkəmlənməsi ,yanacağın qiymətinin ucuzlaşması tendensiyasının avqustda da davam etməli olması barədə bizə əsas verir
İrakli Lekvinadze - larinin məzənnəsinin möhkəmlənməsi ,yanacağın qiymətinin ucuzlaşması tendensiyasının avqustda da davam etməli olması barədə bizə əsas verir

 
Larinin məzənnəsinin möhkəmlənməsi tendensiyası və sabitlik müşahidə olunur, bundan irəli gələrək bu proseslər yanacağın qiymətinin ucuzlaşması tendensiyasının avqustda da davam etməli olması barədə bizə əsas verir -bu barədə Milli Rəqabət Agentliyinin rəhbəri İrakli Lekvinadze bildirib.

İrakli Lekvinadze ötən həftə bütün yanacaq növlərinə nisbətdə təxminən 10-15 tetri ucuzlaşma müşahidə olunduğunu bildirib.

“Biz müxtəlif yanacaq növləri üzrə qiymət ucuzlaşmasının qeydə alındığı dünya bazarında tendensiyaları müşahidə edəcəyik. Həmçinin dizelin qiyməti xüsusilə aşağı düşür. Bu dövrdə məzənnənin möhkəmlənməsi və sabitlik tendensiyası müşahidə olunur, bundan irəli gələrək bu proseslər yanacağın qiymətinin ucuzlaşması tendensiyasının avqustda da davam etməli olması barədə bizə əsas verir. Təbii ki, ola bilsin şirkətlər bunu elə özləri elan edəcəklər, çünki bu imkanlar real olaraq mövcuddur”- deyə Lekvinadze bildirib.

O , Milli Rəqabət Agentliyinin avtomobil bazarında baş verən hadisələrlə bağlı 2022-ci ilin 7-ci ayının nəticələrini özündə əks etdirən monitorinq hesabatı üzərində işi başa çatdırdığını bildirib.

“Hesabatda, bazarda bir sıra iri şirkətlər və idxalçıların aşkar olunduğu, onların müəyyən dərəcədə maya dəyəri, eləcə də öz gömrük anbarlarından satış maya dəyərindən irəli gələrək, bazarda faktiki olaraq təqdim etdikləri qiymətdən daha yaxşı qiymətlərə malik ola bilmələri deyilir. Sözügedən prosesi dəyərləndirərkən monitorinq prosesini bağlamaq və onların əməllərinin nə dərəcədə öhdəliklərə uyğun olduğunu öyrənmək üçün tədqiqat mərhələsinə keçmək əsasımız var. Yaxın günlərdə Milli Rəqabət Agentliyi Gürcüstanda əsas yanacaq idxalçıları və distribütorları olan şirkətlər haqqında tədqiqata başladığını açıqlayacaq. Cəmiyyətdə suallar yaranır -məsələn maya dəyəri aşağı düşəndə, məzənnədə möhkəmlənmə prosesi olarkən və ya beynəlxalq bazarlarda müəyyən dərəcədə ucuzlaşma tendensiyası müşahidə olunanda qiymətlər niyə əksər hallarda pərakəndə bazarda öz əksini tapmır? Bu prosesdə rəqabət qanunvericiliyinə uyğun olmayan hər hansı hərəkətlərin olub-olmadığına- tədqiqat prosesi cavab verəcək. Fikrimcə, tədqiqat sözügedən istiqamətdə bir çox suallara cavab verəcək proses olacaq” -deyə Lekvinadze bildirib.