İrakli Lekvinadze - Dəniz Məcəlləsinə edilən dəyişikliklər azad, ədalətli və rəqabətçil şərtlərin qorunmasına kömək edəcək
İrakli Lekvinadze - Dəniz Məcəlləsinə edilən dəyişikliklər azad, ədalətli və rəqabətçil şərtlərin qorunmasına kömək edəcək

 

Gürcüstan Milli Rəqabət Agentliyinin sədri İrakli Lekvinadzenin açıqlamasına əsasən, Gürcüstan parlamenti tərəfindən Dəniz Məcəlləsinə dəyişikliklərin daxil edilməsi haqqında təşəbbüs bazarda inhisarçılığın yaranmasının qarşısını alacaq və sektoru daha rəqabətçil edəcək. Məlumatı Milli Rəqabət Agentliyi yayır.

İrakli Lekvinadzenin sözlərinə görə, ayrı-ayrı liman bölmələri arasında sağlam münasibətləri təşviq etmək üçün dövlət tərəfindən obyektiv, balanslı və şəffaf yanaşmanın qorunması zəruridir.

“Belə ki, fikrimcə Dəniz Məcəlləsinə dəyişikliklərin daxil edilməsi azad, rəqabət şəraitinin qorunmasına və ədalətli oyun qaydalarının təmin edilməsinə töhfə verəcək. Dəyişikliklər layihəsində həm dövlətin, həm də özəl sektorun fəaliyyət dairəsinin aydın şəkildə ifadə olunması, sektorun düzgün şəkildə inkişafına töhfə verəcək funksional baxımdan üstünün örtülməməsi müsbət qiymətləndirilməlidir. Gürcüstanın dəniz nəqliyyatının inkişafı Gürcüstanın iqtisadi inkişafı və rəqabət qabiliyyəti üçün çox önəmlidir. Dünyada yayılmış təcrübəyi nəzərə alaraqdan, dəniz ölkələrinin böyük əksəriyyətində bu funksiyanın icraçısı dövlətdir, ictimai infrastruktura və açıqlığa görə müvafiq dövlət orqanları məsuliyyət daşıyır. Parlament Dəniz Məcəlləsinə edilən dəyişiklikləri artıq ikinci oxunuşda qəbul edib” – deyə Lekvinadze bildirib.