İrakli Lekvinadze bildirir ki, dərmanların qiymətlərini tənzimləmək məqsədi ilə ən qısa zamanda qanunvericilik dəyişiklikləri üzərində işə başlanılacaq
Rəqabət Agentliyinin sədri İrakli Lekvinadzenin izahatına görə, dərman vasitələrinin qiymətlərini tənzimləmək məqsədi ilə ən qısa zamanda qanunvericilik dəyişiklikləri üzərində iş aparılacaq.
“Bizim tədqiqatda bazarda qrup üstünlüyü, holdinq strukturlarının olması ilə bağlı danışırıq. Müəyyən nəzarət mexanizmlərinin yaxşı işləmədiyi indiki şəraitdə holdinq strukturları vətəndaşın ən yaxşı seçim etmək imkanından daha çox kommersiya maraqları güdürlər. Bu o deməkdir ki, onların idxal etdiyi və ya istehsal etdiyi dərman öz klinika və ya əczaçılıq şəbəkəsində satış zamanı daha çox dəstəklənir. Belə strukturlarda öz dərmanlarının satış payı 50 faizdən çoxdur.
Bugünkü əsas problemi sistemli məsələlərin qeyri-ardıcıl nəzarətində və effektiv icrasında görürük. Konkret olaraq desək, bu gün Gürcüstanda resept və təyinat sistemi işləmir. Bizim böyük şirkətlərimiz var ki, onların marjası 7-25 faizdir, lakin az sayda vicdansız şirkətlər də var ki, onların marjası 200-300 faizdir. Bunun səbəbi onların zəmanətli satışının olmasıdır. Onlar resept , təyinat yazanlarla sövdələşirlər və o, konkret olaraq bu dərmanlara göstəriş verir.
Bu problemi həll edəcək tövsiyələr hazırlamışıq. Təcili və tezliklə atılmalı olan ilk addımlar var. Onların sayı11-dir və növbəti mərhələ üçün iki tövsiyəmiz var. Hazırda bu tövsiyələr üzərində işləmək üçün işçi qrupu yaradılır. Bu qanunvericilik paketini mümkün qədər tez bir zamanda təqdim etməyə dair tapşırığımız var”- deyə İrakli Lekvinadze bildirib.
İrakli Lekvinadzenin sözlərinə görə, reqlament qüvvəyə mindikdən sonra, onların hesablamalarına görə, əhalinin yalnız bir qrup dərmana olan xərcləri 25% azalacaq ki, bu da ümumilikdə 250 milyon larini aşacaq.