İrakli Kovzanadze deputat mandatını buraxır
İrakli Kovzanadze deputat mandatını buraxır

 

Gürcüstan parlamentinin Maliyyə və Büdcə Komitəsinin sədri İrakli Kovzanadze deputat mandatını buraxır.

Gürcüstanın Birinci Kanalı İrakli Kovzanadzenin parlamenti tərk etmək haqqında artıq Prosedur Məsələləri Komitəsinə rəsmi müraciət etdiyinə dair məlumat yayır.

Prosedur Məsələləri Komitəsinin sədri İrakli Kadaqişvili sözügedən məlumatı Gürcüstanın Birinci Kanalına artıq təsdiqləyib və Kovzanadzenin artıq onun komitəsinə rəsmi müraciət etdiyini bildirib.