İrakli Kobaxidze - Yeni konstitusiya dəyişikliklərinin inisiasiyası həyata keçiriləcək
Parlamentin sədri İrakli Kobaxidzenin bəyanatına görə, yeni konstitusiya dəyişikliklərinin inisiasiyası həyata keçiriləcək.
Kobaxidzenin qeyd etdiyinə görə, ümumi xalq müzakirəsi komisiyası yaradılacaq, hansı ki, təqribən bir ay ərzində çalışacaq.
Parlament sədrinin dediyinə görə, bundan sonra, parlament müzakirələri başlayacaq.
“Söhbət sadəcə dörd məsələyə aiddir, hansıları haqqında Venesiya Komisiyası ilə razılaşdıq. Söhbət bonus sisteminin konstitusiyadan çıxardılmasından və həmçinin, seçki bloklarının bir dəfəlik – 2020-ci illərin parlament seçkilərinə buraxılmasından, seçkilərə etibar maddəsinin düzəlişindən və konstitusiya məhkəməsinin, seçkilərlə bağlı səlahiyyətlərndən gedir.
Bunlar xüsusi komisiya tərəfindən müzakirə ediləcək məsələlərdir” – dedi Kobaxidze.
Parlament sədrinin dediyinə görə, konstitusiya ilə bağlı məsləhətləşmələr başa çatıb.