İrakli Kobaxidze: Əziz abituriyentlər, inanıram ki, bütün imtahanlardan uğurla keçəcək və hədəflərinizə daha da yaxınlaşacaqsınız
İrakli Kobaxidze: Əziz abituriyentlər, inanıram ki, bütün imtahanları uğurla verəcək və hədəflərinizə daha da yaxınlaşacaqsınız
Gürcüstanın Baş naziri İrakli Kobaxidze vahid milli imtahanlarda iştirak edən abituriyentlərə uğurlar arzulayıb.
Hökumət başçısı bildirib ki, savadlı və təhsilli gənclər ölkənin inkişafının və daha yaxşı gələcəyinin əsas təminatıdır.
“Əziz abituriyentlər, bu gün vahid milli imtahanlar başlayır. Həyatınızın bu mühüm mərhələsində hər birinizə uğurlar arzulayıram. Əminəm ki, illərlə çəkdiyiniz zəhmət və göstərdiyiniz səylər öz bəhrəsini verəcək. İnanıram ki, bütün imtahanları uğurla verəcək və bununla da hədəflərinizə daha da yaxınlaşacaqsınız.
Təhsilli gənclər ölkəmizin quruculuğunun və daha yaxşı sabahının təminatıdır. Gələcəkdə bu ölkənin idarəçiliyini məhz siz öz üzərinizə götürəcəksiniz. Bir daha hər birinizə ürəkdən uğurlar və ən yüksək nəticələr arzulayıram”, – deyə İrakli Kobaxidze bildirib.