İrakli Kobaxidze: Biz ədalətsizlik və ikili standartlarla qarşı-qarşıya qalırdıq, Gürcü xalqının vizasız rejim mövzusu ilə şantaj edilməsi isə bunun davamıdır

17:33, 26.06.2026

İrakli Kobaxidze: Avropa bürokratiyasının gürcü xalqına münasibəti tamamilə ədalətsizdir

“Avropa bürokratiyasının gürcü xalqına münasibəti tamamilə ədalətsizdir”, – bunu İrakli Kobaxidze parlamentdə illik hesabatla çıxışı zamanı deyib.

Kobaxidzenin sözlərinə görə, Gürcüstan son illərdə çox çətin proseslərdən keçib və bu müddət ərzində gürcü xalqına qarşı böyük ədalətsizlik və ikili standartlarla üzləşib.

“Çox yaxşı görürsünüz ki, Avropa bürokratiyasının gürcü xalqına münasibəti tamamilə ədalətsizdir. 2022-ci ilin iyununda Ukrayna və Moldova-ya namizəd statusu verilib, lakin Gürcüstan və gürcü xalqına verilməyib. Bunun yalnız bir izahı var – bu, ədalətsizlik və ikili standartdır. Onlar bunu 2022-ci ilin iyununda etdilər, sonra isə 2023-cü ilin əvvəlində özləri etiraf etdilər ki, Gürcüstan bu statusa digər istənilən namizəd ölkədən daha çox layiq idi. Bu ədalətsizlik daha ilyarım davam etdi. Siz görürdünüz ki, bizə gah namizəd statusu, gah da danışıqların başlanması ilə bağlı imtina edilərkən, onların maliyyələşdirdiyi QHT-lər Gürcüstanda inqilab təşkil etməyə çalışırdılar. Buna qarşı biz şəffaflıq haqqında qanunu və qrantlar haqqında qanunu qəbul etməli olduq. Bununla bağlı onların reaksiyasını və yaydıqları yalanları da xatırlayırsınız. “Gürcü demokratiyası üçün qara gün” – bunlar ABŞ-ın əvvəlki administrasiyası dövründəki səfirinin sözləri idi. Ayıbdır. Belə şəraitdə biz ədalətsizlik və ikili standartlarla mübarizə aparmalı olurduq. Gürcü xalqının vizasız rejim mövzusu ilə şantaj edilməsi də həmin şantajın davamıdır. Bu, çox təəssüf doğuran hadisədir, lakin biz bütün bunlara səbir və təmkinlə yanaşırıq”, – deyə Kobaxidze bildirib.

Baş nazir qeyd edib ki, Gürcüstan Avropa inteqrasiyası ilə bağlı öhdəliklərini ardıcıl şəkildə yerinə yetirir.

“Biz öhdəliklərin 80 faizini, o cümlədən Assosiasiya Sazişindən irəli gələn öhdəliklərin 81 faizini yerinə yetirmişik. Bu, bizim yanaşmamız və mövqeyimizdir. Avropa bürokratiyasının gürcü xalqına münasibəti nə qədər ədalətsiz olsa da, biz öz yolumuzu seçmişik və bu yolu sonadək davam etdirəcəyik”, – deyə İrakli Kobaxidze bildirib.

Oxşar