İrakli Kobaxidze- Tamaz Qinturinin qətli ilə bağlı işi müvafiq qurumlar araşdırır və onlar ədalətin bərqərar olması üçün bütün rıçaqlardan istifadə edəcəklər
İrakli Kobaxidze- Tamaz Qinturinin qətli ilə bağlı işi müvafiq qurumlar araşdırır və onlar ədalətin bərqərar olması üçün bütün rıçaqlardan istifadə edəcəklər

“Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidzenin fikrincə, Rusiyanın təcavüzü faktlarına beynəlxalq reaksiya çox vacibdir.

Kobaxidzeyə Avropa Parlamentinin Tamaz Qinturinin qətli ilə bağlı qəbul etdiyi qətnamə ilə bağlı sual verilib.

Bundan əlavə, Kobaxidzenin qeyd etdiyi kimi, Qinturinin qətli ilə bağlı işi müvafiq qurumlar araşdırır və onlar qanunun icrası üçün bütün rıçaqlardan istifadə edəcəklər.

“Müvafiq qurumlar bu işlə bağlı araşdırma aparır. Cinayətin cəzalandırılması çox vacibdir, bu ədalətin bərqərar olması üçün bütün müvafiq rıçaqlardan istifadə edəcək müvafiq qurumların işidir” – İrakli Kobaxidze bildirib.