İrakli Kobaxidzenin rəhbərliyi ilə “Gürcü Arzusu”nun nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir
“Gürcü Arzusu”nun sədri İrakli Kobaxidzenin rəhbərliyi ilə hakim partiyanın nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir.
Nümayəndə heyətinin üzvləri bu gün Çin Milli Xalq Konqresinin Prezidiumunun sədr müavini Şiao Cie ilə görüşəcəklər.
Hakim partiyanın nümayəndə heyətinə parlament sədrinin birinci müavini Qiorqi Volski, parlament sədrinin müavini İrakli Çikovani, xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze, sahə iqtisadiyyatı və iqtisadi siyasət komitəsinin sədri Davit Sonğulaşvili, aqrar məsələlər komitəsinin sədri Nino Tsilosani və idman komitəsi sədrinin birinci müavini Viktor Sanikidze daxildir.
Səfər çərçivəsində Pekin və Şanxayda yüksək səviyyəli görüşlər keçiriləcək.
Nümayəndə heyəti artıq Çinin hakim partiyasının beynəlxalq departamentinin rəhbəri, nazir Liu Dzinçao, vitse-nazir Sun Xaian və Dövlət Şurasının İnkişaf Araşdırmaları Departamentinin vitse-prezidenti Chanq Laiminq ilə görüşüb.
“Gürcü Arzusu”nun deputatlarının Çin Xalq Respublikasına səfəri yanvarın 14-də başlayıb və yanvarın 20-dək davam edəcək.