İrakli Kobaxidzenin bəyan etdiyinə görə, Parlamentə hökumətin tərkibinin yaxın iki-üç gün ərzində təqdim edilməi mümkündür
“Gürcü Arzusunun” icra katibi, İrakli Kobaxidzenin bəyan etdiyinə görə, həftənin sonuna kimi Parlamentə hökumətin tərkibi təqdim ediləcək.
Elə onun dediyinə görə, istista deyil ki, baş nazirliyə namizəd, Giorgi Qaxariya Parlamentə hökumətin tərkibini yaxın iki-üç gün ərzində təqdim etsin.
“Bu gün, baş nazirliyə namizəd, Giorgi Qaxariyanın təqdim edilməsi barəsində rəsmi olaraq partiya sədri tərəfindən imzalanmış təqdimat daxil olacaq. Bundan sonra, Giorgi Qaxariyanın bazar günü də daxil olmaqla vaxtı var ki, hökumətin tərkibini adlandırsın. Yaxın günlərdə konsultasiyalar aparılacaq və bunun əsasında, həftənin sonuna kimi mütləq hökumət tərkibi daxil olacaq. Bunun yaxın iki-üç gün ərzində də baş verməsi mümkündür”, – İrakli Kobaxidze bəyan etdi.