İrakli Kobaxidzenin başçılıq etdiyi hakim partiyanın nümayəndə heyəti Çinə səfər edib
“Gürcü arzusu”nun sədri İrakli Kobaxidzenin başçılıq etdiyi hakim partiyanın nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib.
Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyəti Pekində və Şanxayda yüksək səviyyəli görüşlər keçirəcək. Onların məlumatlarına görə, görüşlər Çin Kommunist Partiyasının Beynəlxalq Əlaqələr Departamentinin sədri Liu Jinchao və onun müavini Sun Khaian ilə keçiriləcək.
“Həmçinin Gürcüstan tərəfi Dövlət Şurasının İnkişaf Araşdırmaları Mərkəzinin vitse-prezidenti Çanq Laiminq və Ümumilli Xalq Konqresi Yığıncağı Daimi Şurasının sədr müavini Xiao Jie ilə görüşəcək.
Nümayəndə heyətinə parlament sədrinin birinci müavini Qiorqi Volski, parlament sədrinin müavini İrakli Çikovani, Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze, Sektoral İqtisadiyyat və İqtisadi Siyasət Komitəsinin sədri Davit Sonğulaşvili, Aqrar Məsələlər üzrə Komitənin sədri Nino Tsilosani və İdman Komitəsi sədrinin birinci müavini Viktor Sanikidze daxildir
“Gürcü arzusu” deputatlarının Çin Xalq Respublikasına səfəri yanvarın 14-dən 20-dək davam edəcək”, – partiyanın mətbuat xidmətindən bildirilib.
Müəllif -
Mehemmed Bayramaliyev